19 İyun 2026
Ölkə futbolu

“Qəbələ” – “Turan Tovuz” matçına doğru: Cəzalı və zədəli futbolçular var 

Misli Premyer Liqasının XIV turunda “Qəbələ” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibində müdafiəçi Murad Musayev cəzalı, Jondo Fuks isə zədəlidir.

Tovuz klubunda isə hələ debüt etməyən David Tavareşlə İbrahima Vadji zədə səbəbindən matçı kənardan izləyəcək. Veysəl Rzayev və Abdulla Rzayev da eyni səbəbdən görüşdə forma geyinə bilməyəcək.

“Qəbələ” – “Turan Tovuz” oyunu bu gün saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43