24 İyul 2026
Ölkə futbolu

Portuqaliyalı hücumçudan “Turan Tovuz” iddialarına cavab 

“İmişli”nin portuqaliyalı hücumçusu Dioqo Almayedanın klubdan ayrılacağı barədə xəbərlər dolaşır. 25 yaşlı forvardın “Turan Tovuz”un maraq dairəsində olduğu iddia edilir.

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Ancaq yazılanlar doğru deyil.

Portuqaliyalı futbolçu bölgə klubunu tərk etməyəcək.

Əldə etdiyimiz məlumata görə, Almeyda yaxın çevrəsinə “heç bir klubdan təklif almamışam, “İmişli” ilə müqaviləm davam edir” deyə, bildirib.

Hücumçu cari mövsüm “İmişli” forması ilə 17 oyunda 4 qol vurub, bir assist edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43