Azərbaycan I Liqa klubu “Mingəçevir” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Cəlal Cəbrayılovla anlaşıb. Mövsümə MOİK-də başlayan oyunçu artıq əyalət klubunda çıxış edəcək.
O, komandası ilə mövsüm sonuna qədər müqavilə bağlayıb. Cəbrayılov MOİK-də az şansı forma qazandığı üçün bu qərarı verib.

