22 İyul 2026
Dünya futbolu

Salah Səudiyyə Ərəbistanı klublarına keçə bilər

“Liverpul”un hücumçusu Məhəmməd Salah yayda Səudiyyə Ərəbistanı klublarına keçə bilər.

İdmanxeber.az “Krrish”ə istinadən xəbər verir ki, “Əl-Hilal” və “Əl-İttihad” 33 yaşlı futbolçu üçün “Liverpul”a 50 milyon funt-sterlinq təklif etməyə hazırdır. Klub Salahın razılığı olacağı halda transferi dəyərləndirəcək.

Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43