“Qarabağ”ın hücumçusu Ramil Şeydayevin komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
İdmanxeber.az-a verilən məlumata görə, Azərbaycan millisinin sabiq üzvü karyerasını Ağdam klubunda davam etdirəcək. Onunla bağlı “köhlən atlar”a heç bir rəsmi təklif gəlməyib.
Daha önce Premyer Liqa təmsilçilərindən “Zirə”nin Şeydayevi transfer etmək istədiyi bildirilsə də, tərəflər arasında heç bir təmas olmayıb. Təcrübəli hücumçu yüksək ehtimalla yaya qədər “Qarabağ” forması geyinəcək.
Xatırladaq ki, Şeydayev yayda “Neftçi”dən ayrılaraq “Qarabağ”a keçmişdi.

