22 İyul 2026
Ölkə futbolu

Kosovo klubundan “Şəfa”ya keçdi 

Azərbaycan 1-ci liqasında mübarizə aparan “Şəfa” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şəfa” Kosovonun “Drenitsa” komandasından ayrılan Elmir Tağıyevi sıralarına cəlb edib. 25 yaşlı yarımmüdafiəçi ilə 6+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Şəfa” hazırda 1-ci liqada 30 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43