22 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşdi

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

İdmanxeber.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alıb. “Qarabağ”ın rəqibi İngiltərənin “Nyukasl” komandası olub.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43