10 İyul 2026
Dünya futbolu

İngiltərəli futbolçu “Real”dan getmək istəyir

“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold yayda klubunu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu yeni baş məşqçi Alvaro Arbeloa ilə münasibətlərinin gərgin olmasından narazıdır. O, məşqçinin ona kifayət qədər etimad göstərmədiyini düşünür.

Aleksander-Arnold bu yay “Liverpul”dan “Real”a keçib. Onun müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43