“Brayton”un qapıçısı Bart Verbruggen yayda komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı qolkiperi “Çelsi” və “Bavariya” heyətinə qatmaq istəyir. London klubu futbolçu üçün tələb olunan 50 milyon funt-sterlinqi ödəməyə hazırdır.
2023-cü ildə “Anderlext”dən “Brayton”a keçən niderlandlı qapıçının transferinin yay pəncərəsində reallaşma ehtimalı yüksək qiymətləndirilir.

