21 İyun 2026
Ölkə futbolu

“Sumqayıt”ın oyunundakı səhvlər baha başa gəldi – Rəhim Həsənov Məsiyevi cəzalandırdı 

Azərbaycan Premyer Liqasının XXI turunun hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ötən tur təyinat alan iki hakim – Elçin Məsiyev və Nicat İsmayıllıya oyun verilməyib. Adıçəkilən hakimlər bu turda heç bir matça təyinat almayaraq cəzalanıb.

Xatırladaq ki, hər iki referi XX turda “Araz Naxçıvan” – “Sumqayıt” görüşündə olub. Məsiyev baş hakim, İsmayıllı isə VAR hakimi olub.

Hakimlər Komitəsinin sədri Rəhim Həsənov həmin matçda onların kobud səhvələrə yol verdiklərini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43