“Nyukasl”ın futbolçusu Entoni Qordon Premyer Liqada klubunu dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” 25 yaşlı vinger üçün “Nyukasl”a 90 milyon avro ödəməyə hazırdır. Uşaqlıqdan “qırmızılar”ın azarkeşi olan Qordon bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, o, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən ilk oyunda 4 qol vurub.

