Bolqarıstan çempionatında 24-cü turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə “Çerno More” ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Hüseynov oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
“Arda” 32 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

