“Neftçi“ futbolçusu Murad Məmmədovla anlaşa bilməyib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu gənc futbolçuya yeni müqavilə təklif edib. Lakin karyerasını ölkədən kənarda davam etdirməkdə maraqlı olan Məmmədov bu təklifi geri çevirib.
20 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşamaq üçün ölkə xaricindən gələn təklifləri gözdən keçirir.
U-21 millimizin üzvünə hazırda Kiprin “Aris” klubu daha çox maraq göstərir. Məmmədovun Limasol təmsilçisi ilə anlaşıb-anlaşmayacağı yaxın günlərdə bilinəcək.

