İngiltərənin “Tottenhem” klubunun futbolçusu Mikki van de Ven karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, La Liqa nəhəngləri – “Real” və “Barselona” niderlandlı futbolçunu heyəinə qatmaqda maraqlıdı.
“Tottenhem” ilə futbolçu arasındakı sözləşmənin müddəti 2029-cu ilin ortalarına qədərdir.
24 yaşlı müdafiəçi London klubundan gələn yeni müqavilə təklifini də geri çevirib.

