22 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də ŞOK itki

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində “Kəpəz” hazırda “Turan Tovuz”la qarşılaşır.

İdmanxeber.az-ın  Yevlaxa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hesabda geridə olan “Kəpəz”ə daha bir bəd xəbər futbolçusu Ryonosuke Ohoridən gəlib. Belə ki, Gəncə təmsilçisinin əsas futbolçularından olan Ohori sıradan çıxıb.

O, matçın 83-cü dəqiqəsində ikili mübarizə zamanı yerdə qalıb. Matçı davam etdirə bilməyən yaponiyalı futbolçu əvəzlənməli olub.

Hazırda görüşdə “Turan Tovuz” 2:0 hesabı ilə öndədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43