22 İyul 2026
Dünya futbolu

“Liverpul” gənc futbolçu üçün 100 milyon ödəməlidir

“Leypziq”in futbolçusu Yan Diomande İngiltərə Premyer Liqasına keçə bilər.

İdmanxeber.az xəbər verir ki, “Liverpul” Fil Dişi Sahili millisinin 19 yaşlı vingerini transfer etmək istəyir. Məlumata görə, Almaniya klubu futbolçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Diomande mövsümün əvvəlində “Leqanes”dən 20 milyon avroya “Leypziq”ə keçib. O, bu mövsüm 26 oyunda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43