İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayırıb.
İdmanxeber.az xəbər verir ki, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2025-ci ilin iyunundan yığmaya rəhbərlik edirdi. Onun başçılığı altında komanda 8 oyunda 6 qələbə qazansa da, DÇ-2026 seçmə mərhələsi pley-offunda Bosniya və Herseqovinaya uduzaraq mundialdan kənarda qalıb.

