20 İyun 2026
Dünya futbolu

“Milan”dan 3 illik müqavilə təklifi

“Milan” yay transfer dönəmi üçün hədəfini müəyyənləşdirib.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu Leon Qoretskanı heyətinə qatmaq istəyir. Mövsümün sonunda azad agent olacaq yarımmüdafiəçi üçün artıq 3 illik müqavilə və illik 5 milyon avro maaş təklif olunub.

Bildirilir ki, Massimiliano Alleqri bu transferdə israrlıdır. Bununla yanaşı, futbolçuya digər klubların da maraq göstərdiyi qeyd olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43