“Qalatasaray”ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı forvard bu gün komanda ilə məşqlərə qoşulub və oyuna hazırdır. Yaser Asprilla isə hələ də müalicə olunur.
Qeyd edək ki, “Qalatasaray” 31-ci turda “Fənərbağça” ilə üz-üzə gələcək.

