“Sabah”ın futbolçusu Rauf Rüstəmli Premyer Liqa klublarının maraq dairəsindədir.
İdmanxeber.az-a verilən məlumata görə, yarımmüdafiəçini “Şamaxı” və “İmişli” komandaları heyətinə qatmaq niyyətindədir. Bölgə təmsilçiləri Rüstəmli ilə güclənmək istəyir.
Ancaq futbolçu müqavilə ilə “Sabah”a məxsusdur. Paytaxt təmsilçisi isə onun barədə yekun qərarını verməyib. Oyunçunun “bayquşlar”la yay toplanışına qatılacağı dəqiqdir.
Məhz bundan sonra onun taleyinə aydınlıq gələcək. Əgər baş məşqçi Valdas Dambrauskas Rüstəmli barədə müsbət rəy versə, komandada qalacaq. Əks halda idə o, yenidən icarəyə göndəriləcək.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Sumqayıt” və “Karvan-Yevlax”da keçirib.

