“Milliyə dəvət almaq üçün çox çalışıram, özümü hazır hiss edirəm. Təbii ki, azərbaycanlı oyunçu olaraq millidən dəvət almaq qürurdur mənim üçün. Gələn il Azərbaycan U20 komandasının dünya çempionatında çıxış etməsi əlavə motivasiya verir mənə. Milliyə çağırılsam, orda özümü ən yaxşı şəkildə göstərməyə çalışacam”.
Bu sözləri İdmanxeber.az saytına Almaniyada oynayan qapıçı İlkin İsgəndərli deyib. 18 yaşlı qolkiper daha sonra ötən mövsümün özü üçün çox yaxşı keçdiyini bildirib:
“Qış transfer pəncərəsində “Ştern Marienfelde” (U-19) ilə anlaşdıq, yanvardan bəri 4 yoldaşlıq və 1 rəsmi oyuna çıxdım. Mövsümün sonlarına yaxın isə “Blau-Vays 1890″ klubunun əsas komandasından təklif aldım və bu şansı dəyərləndirdim. 1 mövsümlük müqavilə imzaladıq. 2026/27 mövsümünə yeni komandamda başlayacağam”.
Xatırladaq ki, “Blau-Vays 1890” 1986-1987-cu illərdə Bundesliqada çıxış edib.

