11 İyun 2026
Dünya futbolu

“Arsenal” ulduz futbolçu üçün yarışa qoşuldu

“Arsenal”ın yay transfer pəncərəsində əsas hədəflərindən biri Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresdir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu argentinalının transferində favorit sayılır. Futbolçu ilə “Barselona” və “Real” maraqlansa da, “Arsenal”ın maliyyə imkanları daha real görünür.

Madrid təmsilçisi artıq bir neçə təklifi geri çevirib. İngilis klubu yaxın günlərdə yeni təklif hazırlayır. Mikel Arteta hücum xəttini məhz Alvareslə gücləndirmək istəyir.

Danışıqların davam etdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43