11 İyun 2026
Ölkə futbolu

Paytaxt klubu Samir Ələkbərovla anlaşdı

I Liqada mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, komandanın “sükanı” Samir Ələkbərova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ələkbərov “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında işləyib. O, son olaraq “Baku Sportinq”də akademiyada koordinator vəzifəsində çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43