“Arsenal” yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun əsas hədəflərindən birinin “Roma”nın futbolçusu Manu Kone olduğu iddia edilir. Fransalı yarımmüdafiəçi uğurlu mövsümdən sonra bir neçə klubun diqqətini çəkib.
Onun transfer qiymətinin təxminən 50 milyon avro olduğu bildirilir.

