Almaniyanın “Köln” klubunda çıxış edən gənc cinah oyunçusu Səid Əl Mala “Brentford”un təklifini qəbul etməyib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu futbolçu üçün 50 milyon avroluq təklif göndərib. Buna baxmayaraq, oyunçu Premyer Liqaya keçmək istəmədiyini bildirib.
19 yaşlı futbolçunun gələcəyi ilə bağlı digər variantları nəzərdən keçirdiyi deyilir. Onun Almaniyada qalmaq ehtimalı da var.
Transfer məsələsi hələ açıq qalır.

