Premyer Liqaya qayıdan “Lids” təcrübəli qapıçı Nik Poupun transferi üçün hərəkətə keçib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə millisinin keçmiş üzvünün “Nyukasl”la müqaviləsinin başa çatmasına bir il qalıb. Klubun yeni qapıçı axtarışında olması Poupun ayrılacağı ehtimalını artırıb.
“Hall Siti” və “İpsviç” də futbolçunun vəziyyətini izləyir. Buna baxmayaraq, İngiltərə mətbuatı “Lids”in transfer yarışında favorit olduğunu yazır.
Tərəflər arasında ilkin danışıqların başladığı bildirilir.

