19 İyun 2026
Dünya futbolu

“Bavariya” ingiltərəli hücumçunu nəzərdən keçirir

“Bavariya” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün müxtəlif variantları araşdırır.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya nəhənginin maraqlandığı futbolçulardan biri də Markus Raşforddur. İngiltərəli hücumçu son mövsüm icarə əsasında “Barselona”da çıxış edib və məhsuldar performans göstərib.

Lakin futbolçunun yüksək maaşı transferin qarşısındakı əsas maneə hesab olunur. Münhen təmsilçisi hazırda bu variantı dəyərləndirsə də, danışıqların ilkin mərhələdə olduğu bildirilir.

Klubun digər namizədlər üzərində də işlədiyi qeyd edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43