Braziliyalı futbolçu İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.
Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.
Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı.

