20 İyun 2026
Ölkə futbolu

“Sabah” “Sportinq”in sabiq üzvünü transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, futbolçu Rodriqo Fernandeş bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib.

“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43