22 İyun 2026
Ölkə futbolu

“Qəbələ”dən ayrıldı, Ermənistan klubuna keçdi

Ermənistanın “Alaşkert” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına Konqo millisinin üzvü Domi Jaures Massoumo komandaya transfer olunub. Sol cinah vingeri kimi çıxış edən 23 yaşlı futbolçu yeni klubu ilə müqavilə imzalayıb.

Massoumo indiyədək Konqo Respublikası milli komandasında 3 oyun keçirib. Futbolçu “Alaşkert”ə azad agent statusunda qoşulub.

Xatırladaq ki, oyunçu son iki mövsümü “Qəbələ”də keçirib. O, ötən mövsüm Azərbaycanda 37 oyun keçirib və 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43