“Liverpul”un Yan Diomande üçün etdiyi 87 milyon funt sterlinqlik təklif qəbul edilməyib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi futbolçunu yeni layihənin əsas hissələrindən biri kimi görür. Buna baxmayaraq, qarşı tərəf oyunçunun satışına razılıq verməyib. Mersisayd təmsilçisinin yaxın günlərdə yeni təklif hazırlayacağı bildirilir.
Diomande son mövsümdə nümayiş etdirdiyi məhsuldar oyunla transfer bazarında qiymətini artırıb.
Futbolçunun gələcəyi transfer pəncərəsinin əsas mövzularından biri olaraq qalır.

