İtaliyanın “İnter” klubu “Liverpul”un yarımmüdafiəçisi Körtis Cons ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” indiyədək təqdim olunan təklifləri qeyri-ciddi hesab edir. Klub oyunçunu təxminən 35 milyon funt sterlinq dəyərində qiymətləndirir. “İnter”in son təklifi isə bu rəqəmdən xeyli aşağı olub.
Mersisayd təmsilçisi qiymət tələbi ödənilməyəcəyi təqdirdə futbolçunu komandada saxlamağa hazırdır. Danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır.

