“Nyukasl”ın hücumçusu Nik Voltemadenin yay transfer pəncərəsində komandadan ayrılması gündəmdədir.
İdmanxeber.az-ın məlumatına görə, alman futbolçuya “Borussiya” (Dortmund), “Atletiko” və “Aston Villa” maraq göstərir. İngiltərə klubunda əsas heyətdə möhkəmlənə bilməyən forvard vəziyyətindən narazıdır.
“Nyukasl”ın onu təxminən 65 milyon avroya satmağa hazır olduğu bildirilir.
Tərəflər arasında danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.

