Şotlandiyanın “Reyncers” klubu Nikolas Raskinlə bağlı yeni transfer təklifi alıb.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərənin “Hall Siti” komandası futbolçu üçün 14 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin Qlazqo təmsilçisi oyunçunu daha yüksək məbləğə satmaq niyyətindədir.
Belçikalı yarımmüdafiəçi hazırda dünya çempionatında iştirak edir. Futbolçunun xidmətində İtaliya klublarının da maraqlı olduğu bildirilir.
Raskin isə hələlik yalnız milli komandanın çıxışlarına fokuslandığını deyib.

