“Qarabağ”ın Avstriya toplanışındakı oyunları canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, matçlar internet üzərindən fəaliyyət göstərən “Sport TV”dən nümayiş etdiriləcək.
Xatırladaq ki, Azərbaycan klubu iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.
Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


