27 İyun 2026
Ölkə futbolu

“Sabah” – TNS oyunlarının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS oyunlarının hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 7-də Masazırda baş tutacaq ilk qarşılaşmanı polşalı Patrik Qriskieviç idarə edəcək. Görüş saat 20:00-da başlayacaq.

İyulun 14-də Uelsdə keçiriləcək cavab matçının baş hakimi isə ispaniyalı Mateu Buskets Ferrer olacaq. “Park Hall” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43