01 İyul 2026
Dünya futbolu

İniltərə klubu 100 milyondan keçməlidir

“Nyukasl” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu futbolçu üçün təxminən 100 milyon avro tələb edir və bu məbləğ ingilisləri düşündürür. Tərəflər arasında danışıqlar davam etsə də, “Nyukasl” qiymətin aşağı salınmasına çalışır.

Nmeça ötən mövsüm 41 oyunda 6 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib. İngiltərə klubu yaxın günlərdə yeni təklif hazırlaya bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43