01 İyul 2026
Ölkə futbolu

Afrikalı futbolçu “Kəpəz”dən ayrılacaq? – Klub peşmandır

“Kəpəz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi heyəti gücləndirmək üçün bir neçə futbolçu ilə yolları ayırmaq istəyir. Onlardan biri də Adama Fofanadır.

Rəhbərlik futbolçunun çıxışından narazıdır. Burkina Fasodan olan oyunçu “sarı-göylər”in gələcək planlarına daxil deyil. Bunun üçün də müdafiəçiyə yeni klub axtarılır.

Xatırladaq ki, Fofanın klubla müqaviləsi davam edir. Gəncə klubu keçən yay müdafiəçi ilə 2 illik sözləşmə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43