08 İyul 2026
Dünya futbolu

“Yuventus” Con Stounsla maraqlanır

“Mançester Siti”nin müdafiəçisi Con Stouns yay transfer dönəmində klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” təcrübəli ingiltərəli müdafiəçini müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Hələlik klublar arasında rəsmi danışıqlar başlamayıb.

31 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 29 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Mançester Siti” ilə müqaviləsi davam etsə də, gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43