“Zirə” Konfrans Liqası I təsnifat mərhələsində doğma meydanda “Torpedo” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz bu görüşdə matçın favoritidir. Belə ki, Azərbaycan klubunun qələbəsinə 1,61, Gürcüstan komandasının qalibiyyətinə isə 5,19 əmsal təyin edilib.
Oyunun heç-heçə bitmə ehtimalı isə 3,85 olaraq dəyərləndirilib.
Xatırladaq ki, “Zirə” – “Torpedo” görüşü bu gün saat 20:00-da start götürəcək.

