“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Kilian Mbappeni illər əvvəl komandaya cəlb etmək üçün göstərdikləri səylərdən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, həmin vaxt fransalı hücumçu hələ “Monako”nun formasını geyinirdi və onunla görüşmək üçün xüsusi plan hazırlanmışdı.
Klopp deyib ki, Mbappe və ailəsi ilə görüş keçirmək məqsədilə şəxsi təyyarə icarəyə götürülmüşdü:
“Biz onunla görüşmək üçün əlimizdən gələni etdik. Şəxsi təyyarə tutduq, ailəsi ilə danışdıq. Hiss edirdik ki, çox xüsusi futbolçudur və gələcəyin ən yaxşılarından biri olacaq.”
Alman məşqçi etiraf edib ki, bütün səylərə baxmayaraq, transfer baş tutmayıb:
“Bəzən hər şeyi düzgün edirsən, amma yenə də alınmır. Mbappe başqa seçim etdi və biz buna hörmətlə yanaşdıq.”
Qeyd edək ki, Mbappe sonradan PSJ-yə transfer olunmuş, daha sonra isə “Real”a keçmişdi.

