10 İyul 2026
Ölkə futbolu

“Zirə”nin Gürcüstandakı oyunu canlı yayımlanacaq 

Azərbaycan təmsilçisi “Zirə” Konfrans Liqasının ilkin təsnifat mərhələsində cavab oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Gürcüstanın “Torpedo” klubunun qonağıdır.

İyulun 16-sı saat 20:00-da baş tutacaq oyun İdman TV-dən canlı yayımlanacaq.

Xatırladaq ki, tərəflər arasındakı Bakıda keçirilən ilk oyunda təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43