15 İyul 2026
Dünya futbolu

“Real” Oliseni izləyir

“Real” “Bavariya”nın cinah oyunçusu Maykl Oliseni transfer siyahısında saxlayır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 24 yaşlı fransalını yaxından izləsə də, Almaniya klubu onu satmaq niyyətində deyil. Olise ötən mövsüm “Bavariya”nın əsas fiqurlarından biri olub və klubun planlarında mühüm yer tutur.

Danışıqların başlaya biləcəyi iddia olunsa da, hazırda rəsmi təklif yoxdur.

Olise 2025/26 mövsümündə bütün turnirlərdə 52 oyunda 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43