15 İyul 2026
Ölkə futbolu

“Kəpəz”dən ayrılan futbolçu “Səbail”də – RƏSMİ

“Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, I Liqa təmsilçisi Ehtiram Şahverdiyevi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bayıl klubu 29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Ehtiram Şahverdiyevin son klubu “Kəpəz” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43