İtaliyanın “Milan” klubu “Genk”in 18 yaşlı cinah oyunçusu Konstantinos Karetsası əsas transfer hədəflərindən biri seçib.
İdmanxeber.az-ın məlumatına görə, “rossonerilər” bu keçidi reallaşdırmaq üçün Rafael Leaonu sata bilər.
Karetsas ötən mövsüm Belçika çempionatında parlaq çıxışı ilə Avropanın bir sıra klublarının diqqətini çəkib və böyük potensial vəd edən futbolçulardan hesab olunur.

