22 İyul 2026
Dünya futbolu

“Sportinq” İrankunda üçün təklifini artırır

Portuqaliyanın “Sportinq” klubu “Uotford”un cinah oyunçusu Nestori İrankundanı heyətinə qatmaq üçün yeni təklif hazırlayır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi ilk təklifi rədd etsə də, danışıqlar davam edir. 20 yaşlı avstraliyalı vinger DÇ-2026-dakı çıxışı ilə bir çox Avropa klubunun diqqətini çəkib.

O, ötən mövsüm “Uotford”un heyətində 38 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43