Növbəti həftə avrokuboklarda mübarizə aparan təmsilçilərimiz — “Sabah” və “Neftçi”, eləcə də Türkiyənin ən köklü klublarından “Fənərbağça”nın oyunları İctimai Televiziyada canlı yayımlanacaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabından paylaşım edilib:
28 iyul, saat 19:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“KuPS” (Finlandiya) — “Sabah” (Azərbaycan)
29 iyul, saat 22:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“Qurnik Zabre” (Polşa) — “Fənərbağça” (Türkiyə)
30 iyul, saat 21:00
UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“Dinamo Minsk” (Belarus) — “Neftçi” (Azərbaycan)

