“Mançester Yunayted”in “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlandığı bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu yay transfer pəncərəsinin əsas hədəflərindən biri kimi məhz fransız futbolçunu müəyyənləşdirib. İspaniya təmsilçisinin təxminən 80 milyon avroluq təklifə razı qala biləcəyi iddia olunur.
Tçuameni ötən mövsüm 49 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçunun müqaviləsi davam etsə də, gələcəyi ilə bağlı müzakirələr sürür.
Hələlik klublar arasında rəsmi razılıq yoxdur.

