24 İyul 2026
Dünya futbolu

Murad oynamadı, “Pafos” uduzdu

Azərbaycanın U-21 yığmasının üzvü Murad Məmmədovun formasını geyindiyi “Pafos” Avropa Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubuna qarşı ilk oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçunun komandası görüşdən məğlub ayrılıb – 0:2. Yığmamızın üzvü bu oyunda meydana buraxılmayıb.

Bir həftədən sonra Kiprdə cavab görüşü baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43