Azərbaycan UEFA reytinqində 26-cı pillədəki yerini qoruyub.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA ilə 0:0 hesablı heç-heçəsi ölkəmizin hesabına 0,125 xal yazdırıb.
“Zirə”nin Konfrans Liqasında “Payde”yə 0:1 hesabı ilə uduzması isə reytinqə təsir etməyib.
Hazırda Azərbaycanın əmsalı 20,437-dir və 25-ci pillədə qərarlaşan İsraildən (21,500) geri qalır.

